Xəzər Xəbər

Azərbaycanın 1 ay ərzində işğaldan azad etdiyi ərazilər TAM SİYAHI

Cəmiyyət | 14:40 • 27 Oktyabr 2020
Azərbaycanın 1 ay ərzində işğaldan azad etdiyi ərazilər

Müzəffər Azərbaycan ordusnun uğurlu əks-hücum əməliyyatına başlamasından bir ay ötür. Bu ay ərzində Azərbaycan Ordusu dünya müharibə tarixində yeni bir səhifə açdı.


XəzərXəbər xəbər verir ki, düşmənə ciddi zərbələr vuran Azərbaycan Ordusu bir ay ərzində Ermənistana hərbi texnika və canlı qüvvə baxımından ciddi zərbə vurub. Düşmənin dəyəri 2 milyard dollardan çox hərbi texnikası məhv edilib və hərbi qənimət kimi götürülüb. Həmin siyahı aşağıdakı kimidir:


252 tank məhv edilib, 53 tank qənimət kimi götürülüb. Toplam 305 tankdan Ermənistan məhrum edilib.

Piyadaların döyüş maşını – 50-si məhv edilib, 29-u qənimət kimi götürülüb – cəmi 79 ədəd.

Müxtəlif çaplı toplar – 251-i məhv edilib, 24-ü qənimət kimi götürülüb, cəmi 275.

Minaatan – 61-i məhv edilib, 45-i qənimət kimi götürülüb, toplam 106

Tank əleyhinə vasitə - 53-ü məhv edilib

82 "Qrad” qurğusu məhv edilib

2 "Uraqan” Yaylım Atəşli Raket Sistemi, 1 "TOS” məhv edilib

Zenit-raket kompleksləri - 4 "TOR”, 40-a yaxın "OSA”, 4 "KUB”, 1 "KRUQ”, 2 "S-125” qurğusu məhv edilib

6 "S-300” atıcı qurğusu məhv edilib


Əməliyyat taktiki raket kompleksləri – Elbrus, ikisi məhv edilib, "Toçka-U” biri məhv edilib.

Yük avtomobilləri – 231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb, toplam 404 yük avtomobili


Azərbaycan Ordusunu bir ay ərzində azad etdiyi əraziləri tarixi ardıcıllıqla sizə təqdim edirik:


27 sentyabr


Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri


Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri


Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər


3 oktyabr


Tərtər rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndi


Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri


Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi


4 oktyabr


Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri


5 oktyabr


Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri


9 oktyabr


Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi


Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri


Füzuli rayonunun Yuxarı Güzlək, Görəzilli kəndləri


Tərtər rayonunun Çaylı kəndi


14 oktyabr


Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri


Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri


15 oktyabr


Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri


Füzuli rayonunun Arış kəndi


Cəbrayıl rayonunun Doşulu kəndi


16 oktyabr


Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri


17 oktyabr


Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri


18 oktyabr


Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı


19 oktyabr


Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri


20 oktyabr


Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri


Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri


Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri


Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri


21 oktyabr


Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri


Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri


Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri


22 oktyabr


Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi


Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri


Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri


23 oktyabr


Xocavənd rayonunun Dolanlar və Bünyadlı kəndləri


Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı və Veysəlli kəndləri


Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri


Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri


26 oktyabr


Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri


Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri


Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri.


Ümumilikdə, Cəbrayıl şəhəri və rayonun 64 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 38 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Tərtər rayonunun 2 kəndi, Qubadlı şəhəri və rayonun 11 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad olunub.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti