Xəzər Xəbər

İrəvan bu tarixdə təslim olacaq AÇIQLAMA

Cəmiyyət | 15:19 • 24 Oktyabr 2020
İrəvan bu tarixdə təslim olacaq

Ermənistan rəhbərliyi gələn həftə təslim olaraq danışaqlara gedəcək.


Bu ehtimalla çıxış edən siyasi şərhçi Zaur Məmmədov fikrini belə əsaslandırıb:


"Bu danışıqlar müharibədən əvvəlki danışıqlara bənzəməyəcək. Sülh danışıqlarının əsas mövzusu bütün erməni əsgərlərinin Qarabağdan çıxması, Azərbaycanın ərazi bütövlüyünün təminidir”.


XİN rəhbərinin okeanın o tayında görüşlərindən danışan politoloq vurğulayıb ki, səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycanın mövqeyi ABŞ rəsmilərinə çatdırılıb.

 

"Maraqlı məqam eyni görüş otağından çıxan Bayramovun Pompeo ilə görüşə gedən Mnaçakanyanla görüşməməsidir. Bu ondan xəbər verir ki, hələlik Nikol Paşinyan danışıqlara hazır deyil”.


O, qeyd edib ki, cəbhədə işğal edilmiş rayonların bir-bir Azərbaycan tərəfindən geri alınması Ermənistanı seçim qarşısında qoyub: "Əgər döyüşlərin dayandırılması cəhdləri baş tutmasa, o zaman Nikol Paşinyan müharibədə uduzan tərəf kimi Azərbaycanın şərtləri daxilində dialoqa getməlidir. Hər halda Nikol Paşinyanın qarşısında bir-birinə bənzəyən 2 seçim var: Ya təslim olaraq torpaqları qaytarmaq, ya da müharibəni davam etdirərək minlərlə erməni əsgərinin məhv olması qarşılığında torpaqların Azərbaycan tərəfindən azad olması!”. 

 

/Konkret.az

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar