Xəzər Xəbər

Azərbaycanda koronavirusa yeni yoluxanların sayı açıqlandı

Gündəm | 15:41 • 17 Oktyabr 2020
 Azərbaycanda koronavirusa yeni yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 528 yeni yoluxma faktı qeydə alınıb, 103 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.


İndiyədək ölkədə ümumilikdə 44 317 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 39 903 nəfər müalicə olunaraq sağalıb, 623 nəfər vəfat edib, aktiv xəstə sayı 3 791 nəfərdir.


Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 133, ötən müddət ərzində isə ümumilikdə 1 218 935 test aparılıb.

Xəbər lenti