Xəzər Xəbər

Düşmənin qalası çökdü: Ordumuz sürətlə irəliləyəcək - POLKOVNİK

Cəmiyyət | 11:44 • 14 Oktyabr 2020
Düşmənin qalası çökdü:

Xəbər verdiyimiz kimi, oktyabrın 9-da зrezident İlham Əliyev xalqa müraciətində bildirdi ki, Azərbaycan Щrdusu Xocavənd rayonunun bir neçə kəndini, həmçinin Hadrut qəsəbəsini də işğaldan azad edib.


Qondarma rejimin "Müdafiə Nazirliyi” bu günə qədər yalan məlumatlar yayaraq, guya Hadrutun hələ də onlarda olduğunu bildirir. Işğalçı Ermənistan strateji əhəmiyyətə malik qəsəbənin itirilməsini hələ də həzm edə bilmir.


Hadrutun əhəmiyyəti haqqında danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, bu qəsəbənin işğaldan azad edilməsi düşmənə vurulan növbəti ağır zərbədir:


"Hadruta nəzarətin ələ keçirilməsi hərbi strateji baxımdan əhəmiyyətlidir. Hadrutdan və onun ətrafında olan yüksəkliklərdən daha aşağıda yerləşən Xocavənd və Füzuli rayonlarının bir sıra kəndlərini (Qozluçay dərəsini və Cəbrayıldan Füzuliyə doğru olan kəndləri) Azərbaycan ordusunun nəzarətində saxlamaq mümkündür.


Cəbrayıl işğaldan azad olunandan sonra insanlar arasında da söhbət gəzirdi ki, növbəti işğaldan azad edilən ərazi Hadrut ola bilər. Hadrut Cəbrayılın yanındadır. Cəbrayılla Füzulinin arasında olan bu yaşayış məntəqəsi çox vacibdir. Onu deyim ki, hər azad olunan yaşayış məntəqəsi, ərazi gələcəkdə daha genişmiqyaslı əməliyyatlar üçün mühüm xarakter daşıyır”. Redaktor.az

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
522 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti