Xəzər Xəbər

Azərbaycanın işğaldan azad etdiyi ərazilərin interaktiv xəritəsi VİDEO

Veb TV | 20:47 • 12 Oktyabr 2020
Azərbaycanın işğaldan azad etdiyi ərazilərin interaktiv xəritəsi

Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etmək uğrunda apardığı əks-hücum əməliyyatları zamanı 1 şəhər, 1 qəsəbə, 34 kənd və bir sıra yüksəklikləri azad edib. İndi sizə ordumuzun bu uğurunu xəritə üzərində nümayiş etdirəcəyik.




Azərbaycan ordusunun əks-həmləsi zamanı işğaldan azad edilən Cəbrayıl rayonu, bir sıra kəndləri və Füzuli rayonunun bir neçə kəndi hərbi strateji baxımdan orudumuz üçün olduqca əlverişlidir.



Xəritə üzərində bunu şərh edən hərbi ekspert Ramil Məmmədli deyir ki, sentyabrın 27-də düşmən təxribatının qarşısını alan Azərbaycan ordusu həmin gün Füzuli rayonunun 4, Cəbrayıl rayonun isə 2 kəndini işğaldan azad etdi. Bundan başqa, ən əhəmiyyətli mövqe sayılan Kəlbəcər rayonunun Murovdağ zirvəsinin də ordumuzun nəzarətinə keçməsi hərbi əməliyyatlar baxımından əlverişli oldu.




Rəşadətli Azərbaycan ordusunun döyüş meydanında əzmkarlığının nəticəsi idi ki, oktyabrın 3-də artıq Cəbrayılın 5, Tərtərin 2, Füzuli rayonunun isə 1 kəndi işğaldan azad edildi. Səhərisi gün düşmənə nəfəs almağa imkan verməyən silahlı qüvvələrin hərbçiləri düşmənə ard-arda sarsıdıcı zərbələr endirməklə, Cəbrayıl şəhərini və 9 kəndini düşməndən təmizlədi. Hərbi ekspert Ramil Məmmədli deyir ki, bu döyüşlərdə ən uğrulu əməliyyatlardan biri Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsi oldu.




Xatırladaq ki, sentyabrın 27-də düşmənin təxribatına cavab verən Azərbaycan ordusu 1 şəhər, 1 qəsəbə, 34 kənd və Murovdağ Zirvəsi daxil olmaqla bir sıra strateji yüksəklillər işğaldan azad edib. Humanitar atəşkəs imzalansa da, düşmən tərəfi Azərbaycanda mülki şəxslərin yaşadıqları əraziləri vurur və öz terrorçu əməllərindən əl çəkmir. Azərbaycan ordusu isə düşmənin hərbi texnika və canlı qüvvəsini vuraraq məhv edir.


Xəbər lenti