Xəzər Xəbər

Ermənistandan Gürcüstana daha bir zərbə - FOTO

Dünya | 11:38 • 12 Oktyabr 2020
Ermənistandan Gürcüstana daha bir zərbə -

Ermənistan qonşu Gürcüstana daha bir zərbə vurub. İndi də ona ərazi iddiaları ilə çıxış edən Ermənistanın bu addımı Gürcüstanda böyük qəzəb və hiddətlə qarşılanıb.


Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi "Facebook” səhifəsində Gürcüstanın Samtsxe Cavaxeti bölgəsində yerli ermənilərin bu yaxınlarda keçirdikləri aksiyadan fotoşəkil yer alıb. Fotoşəkilin üzərində aksiyanın keçirildiyi yer olaraq "Javakhk” ("Cavakx”) yazılıb.


Qeyd edək ki, erməni millətçiləri və separatçıları Samtsxe Cavaxeti bölgəsini bu cür adlandırırlar və onlar bu bölgəni Gürcüstanın bir hissəsi hesab etmirlər.


N.Paşinyanın bu paylaşımına minlərlə gürcü kəskin etirazını bildirib.


Gürcüstan ictimaiyyətinin nümayəndələri "Gürcüstanda Cavakx yoxdur!”, "Bura Gürcüstanın ərazisi Samtsxe Cavaxetidir”, "Ermənistanın baş naziri Gürcüstanda separatizmi təşviq etmirmi?”, "Samtsxe Cavaxeti Gürcüstanın olub və olacaq” və digər bu kimi şərhlər yazıblar.


Gürcü siyasətçilər isə Ermənistanın bu addımını qonşulara xəyanət kimi qiymətləndirir və belə addımların bölgədə yeni gərginlik ocağı yaratmağa yönəlmiş addım olduğu bildirilər.


Qeyd edək ki, bununla Ermənistan rəhbərliyinin ərazi bütövlüyü prinsipinə hörmətsiz yanaşdığı, qonşu Gürcüstana da ərazi iddiasının olduğu, bu məqsədlə açıq şəkildə separatizmi alovlandırdığı bir daha sübut olunur. (AZƏRTAC)

Xəbər lenti