Xəzər Xəbər

“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırıb

İdman | 09:09 • 17 Sentyabr 2020
“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırıb

UEFA Çempionlar Liqasının III seçmə mərhələsi çərçivəsində keçirilən "Qarabağ” - "Molde” (Norveç) oyunu başa çatıb.


Xezerxeber.az xəbər verir ki, ilk hissə komandamızın üstünlüyü ilə davam edib. Ağdamlıların qol vurmaq şansı olsa da, hesabı aça bilməyiblər.


Matçın 90 dəqiqəlik əsas hissəsində hesab açılmadığından reqlamentə əsasən qalibi müəyyən etmək üçün hərəsi 15 dəqiqə olmaqla iki hissə oynanılıb.


Oyunun 102-ci dəqiqəsində "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev komanda yoldaşı Donald Geryenin kobud oyunundan sonra təyin olunmuş penaltidən sonra Etzaz Hüseynin zərbəsini dəf etməyi bacarıb.


"Qarabağ” – "Molde” matçında hər biri 15 dəqiqədən ibarət iki hissəlik bölümdə də qapılara qol vurulmayıb.


Penalti seriyasında "Molde" daha dəqiq olub - 6:5. "Qarabağ"dan penaltini Bədavi Hüseynov dəqiq yerinə yetirə bilməyib.


Beləliklə, "Molde" UEFA Çempionlar Liqasında pley-offa yüksələrək Macarıstanın "Ferentsvaroş" klubuna rəqib olub. Çıxışını UEFA Avropa Liqasının pley-offunda davam etdirəcək "Qarabağ"ın rəqibi isə hələ müəyyənləşməyib.


Ağdamlılar I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks” klubu (4:0), II təsnifat mərhələsində isə Moldovanın "Şerif” komandasını mübarizədən kənarlaşdırıb - 2:1.


"Molde” isə Finlandiyanın KUPS (5:0) və Sloveniyanın "Cele” klublarından güclü olub - 2:1.

Xəbər lenti