Xəzər Xəbər

Gürcüstanın Azərbaycana olan dövlət borcu açıqlanıb

İqtisadiyyat | 11:39 • 15 Sentyabr 2020
Gürcüstanın Azərbaycana olan dövlət borcu açıqlanıb

Cari il sentyabrın 1-nə olan məlumata görə, Gürcüstanın Azərbaycana olan borcu 422 min dollar azalaraq 5,68 milyon ABŞ dolları olub.


Xezerxeber.az xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin hesabatında deyilir.


Bildirilir ki, Gürcüstanın ümumi xarici borcu 6,7 milyard ABŞ dolları təşkil edir. Bunun da 6,5 milyard dolları hökumətin payına düşür. Gürcüstanın Türkiyə, Rusiya, ABŞ və digər ölkələrə olan borcunun da həcmi bir qədər azalıb.

Xəbər lenti