Xəzər Xəbər

Vətəndaşlara yeni xəbər Kartların müddəti 30 noyabradək uzadıldı

Cəmiyyət | 17:01 • 18 Avqust 2020
Vətəndaşlara yeni xəbər

Sosial təminat növləri üzrə ödəniş kartlarının müddəti hələ davam edir. Yəni mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq sosial müavinət və təqaüd kartlarının müddəti bu il 30 sentyabr, əmək pensiyası kartlarının müddəti 30 noyabr, ünvanlı dövlət sosial yardımı kartlarının müddəti isə 31 oktyabr tarixinə qədər uzadılıb.


XəzərXəbər xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili məlumat verib.


O bildirib ki, cari vəziyyətə uyğun olaraq hər hansı bir dəyişiklik olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.

Xəbər lenti