Portuqaliyanın "Braqa" klubu heyətini gücləndirib.
"Baş yepiskoplar" "Lill"dən ayrılan Nikolas Qaytanı rənglərinə bağlayıb. 32 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Argentinalı futbolçu ABŞ-ın "Çikaqo Fayr" klubundan "Lill"ə keçmişdi. "Boka Xuniors"un yetirməsi daha öncə "Atletiko" və "Benfika"da da oynayıb.