Xəzər Xəbər

5 aydır ki, ailəsindən uzaq düşüb VİDEO

Veb TV | 09:04 • 10 Avqust 2020
5 aydır ki, ailəsindən uzaq düşüb

Pandemiyanın fəsadları təkcə can sağlığına töğrətdiyi təhlükə ilə bitmir. Koronavirus həm də insanları bir birindən, dostu-dostdan, qohumu qohumdan uzaq salıb. Elə Azərbaycan əsilli Ukrayna vətəndaşı da 5 aydır ki, ölkəsinə ailəsinin yanına gedə bilmir. Buna səbəb isə ölkələrarası gediş-gəlişin bağlı olmasıdır. Ailəsi ilə sosial şəbəkə vasitəsi ilə əlaqə saxlayan araz vəliyev hazırda qazaxda ata yurdunda yaşayır. O,tezliklə ailəsinin yanına qayıdacağı günü gözləyir.

Azərbaycan əsilli Ukrayna vətəndaşı Araz Vəliyev 5 aydır ki, ailəsindən uzaq düşüb. O, yaşadığı Ukrayna respublikasına qayıda bilmir. Araz Vəliyev5 ay əvvəlşəxsi avtomobili ilə Qazaxın Canalı kəndinə Ata yurduna qonaq gəlib. Həmin vaxtdan bu günə kimi pandemiyaya görə ailəsinin yanına gedə bilmir.

Avtomobilini 55 gün dayanacaqda ödənişli şəkildə saxladıqdan sonraonu idarə etməmək şərti ilə həyətlərində saxlamaq icazəsi alıb. Araz Vəliyev ailəsi ilə yalnız sosial şəbəkələr vasitəsi ilə əlaqə saxlaya bilir.

Ukrayna səfirliyindən Araz Vəliyevə bildirilib ki, ölkələr arası gediş-gəliş bərpa olunanadək heç bir ödəniş etmədən Azərbaycanda qala bilər. Hazırda isə onun bir çıxış yolu var. Araz Vəliyev Bakı-İstanbul-Kiyev və ya Bakı-İstanbul-Lvov aviareysindən istifadə edə bilər. Turizim ekspertlərinin sözlərinə görə, bu reyslərin qiyməti 520-600 manat arasında dəyişir.

Xəbər lenti