Xəzər Xəbər

Azərbaycanda karantin rejimi yumşaldılır VİDEO

Veb TV | 09:07 • 4 Avqust 2020
Azərbaycanda karantin rejimi yumşaldılır

Avqustun 5-dən etibarən Azərbaycanda koronavirus pandemiyasının yayılmasına qarşı tətbiq edilən karantin rejimi yenidən yumuşaldılacaq. Beləki artıq vətəndaşların olduqları yeri sms icazə və icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmə sistemi ləğv edilib. Çimərliklərin isə fəaliyəytinə icazə verilib. Eyni zamanda Operativ Qərargahın mətbuat konfransında rayonlara hansı şəxslərin gedə biləcəyi məsələsinə də aydınlıq gətirilib.

Bu gün ölkəmizdə daha 241 nəfərin koronavirusa yolxuduğu müəyyən edilib, 647 nəfər müalicə alaraq sağalıb, 6 nəfər isə dünyasını dəyişib. Bu məlumatlar bu gün Nazirlər kabineti yanında operativ qərargahın bu gün ki, mətbuat konfransında verilib və statistik göstəricilərin müsəbt olması səbəbi ilə 5 avqustdan etibarən karantin qaydalarında bəzi yumuşaldılmaların ediləcəyi açıqlanıb. Beləki sözügedən tarixdən etibarən ölkə ərazisində vətəndaşların olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olunur. Eyni zamanda 5 avqustan etibarən çimərliklərin fəaliyyətinə də icazə verilir. Bunun üçün yeni cimerlik.az adlı məlumat verici portal istifadəyə verilir.

Həmin saytda Sumqayıt və Bakıdakı 100 dən çox çimərliklə bağlı məlumat daxil edilib.Çimərliklərin fəaliyəytinə isə səhər saat 8 dən axşam saat 9 -a dək icazə verilib. Bu çimərliklərdən 100 min nəfərə qədər vətəndaş istifadə edə biləcək. Bununla yanaşı digər çimərliklər də fəaliyyət göstərəcək amma həmin çimərliklərə getmək tövsiyyə edilmir. Sərt karantin bölgələrində hovuzların fəaliyyətinə qoyulan qadağalar da qüvəvdə qalır. Çünki sistemə daxil edilən çimərliklər də mütəmadi olaraq dezinfeksiya işi aparılacaq.

Avqustun 31 nə qədər bütün həftə sonları sərt karantin rejimin tətbiq edildiyi bölgələrdə ictimai nəqliyyat işlməyəcək. Eyni zamanda bu müddətə qədər metro da fəaliyyət göstərməyəcək. Qeyd edək ki, icazə sistemi ləğv edilsə də sərt karantin rejiminin tətbiq edildiyi 13 şəhər və rayonun giriş və çıxışındakı yoxlanış postları fəaliyyət gösətərəcək. Həmin postların fəaliyyəti ilə bağlı isə Daxili İşlər Nazirliyi tərəfindən təfərrüatlı açıqlamanın veriləcəyi bildirilib.

Mətbuat konfransında 31 avqusta qədər bütün sərt karantin rejimin tətbiq edildiyi rayon və şəhərlərdə ictimai iaşə obyektlərinda yalnız onlinə şəkildə fəaliyyət göstərəcə biləcəyi bildirilib və bunun səbəbi açıqlanıb.

Eyni zamanda avqustun 31-nə qədər toyların keçirilməsinə qoyulan qadağanın səbəbləri də açıqlanıb.

Bundan başqa payız aylarında respirator virusların artımı da baş verdiyindən virusun yayılma sürətinin arta biləcəyi qeyd edilib və ona görə vətəndaşlara qaydalara ciddi şəkildə əməl etməsi tövsiyyə edilib. Mətbuat konfransında xarici səfərlərdə olduğu kimi test verərək rayonlara getməyə icazə verilməsi məsələsinin nəyə görə icra edilməməsinə də aydınlıq gətirilib.

Prezindent köməkçisi Hikmət Hacıyev hazırda məktəblərin hansı tarixdən açılması ilə bağlı müzakirələrin aparıldığını bildirib.

Eyni zamanda mətbuat konfransında 14 iyulda keçirilən ümumxalq yürüşünün virusa yolxuma saylarının artmasına mənfi təsir göstərdiyi qeyd edilib və bildirilib ki, hazırda Azərbaycan höküməti tərəfindən dünyada peyvəndin hazırlanması prosesi yaxından izlənilir və həmin şirkətlərlə əməkdaşlıq edilir. Yaxın zamanda digər ölkələrlə yanaşı Çinin Uhan şəhərində fəaliyyət göstərən həkimlərin də ölkəmizə gəlməsi gözlənilir.


 

Xəbər lenti