Bakıda körpənin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
XəzərXəbər-in məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Yeni Günəşli qəsəbəsində avtomobil 2018-ci il təvəllüdlü Məmmədli Ömür Asim qızının üzərindən keçib. Ağır bədən xəsarətləri alan 2 yaşlı körpə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş və qarnın küt travması, çanaq sümüklərinin sınıqları diaqnozları qoyulub. Ö.Məmmədlinin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır./Report