Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində mənzildə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.