Xəzər Xəbər

Böyük Şor gölü təmizlənir - VİDEO

Veb TV | 09:24 • 11 İyul 2020
Böyük Şor gölü təmizlənir -

Birinci vitse prezident Mehriban Əliyevanın tapşırığına əsasən Bakının Böyük Şor gölündə yaranmış ekoloji problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi işləri davam etdirilir.

Xezerxeber.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin müvafiq texnikası gölün təmizlənməsi işlərini həyata keçirir. Gölün çirkab qatının toplandığı hissəsi bon çəpəri ilə məhdudlaşdırılıb. Əraziyə toplanmış çirkab maddələr yığılaraq ərazidən kənarlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti