Xəzər Xəbər

Sağalan COVID xəstələrinə arayış necə verilir? - RƏSMİ CAVAB

Cəmiyyət | 09:47 • 9 İyul 2020
Sağalan COVID xəstələrinə arayış necə verilir? -

Səhiyyə Nazirliyi COVID-19 virusuna yoluxan şəxslərə bəzi poliklinikalar tərəfindən xəstəlikdən sağalma haqqında arayışın test edilmədən verilməsinə münasibət bildirib.


COVID-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə yardım etmək üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda koronavirusa yoluxan şəxsin sağalması barədə arayışın verilməsi və işə buraxılma üçün bülletenin bağlanılması məqsədilə pasiyent mütləq şəkildə testdən keçirilməlidir.


Testdən keçirilmə üçün xəstənin simptomlarının başlanıldığı gündən minimum 14 gün keçməli, 3 gün isə simptomsuz olmalıdır. Bu dövr bitdikdə xəstə ərazi üzrə poliklinikaya müraciət etməlidir.


Onun sözlərinə görə, vətəndaş test verdikdən sonra nəticəsi mənfi olarsa, ona arayış verilir və bülleten bağlanılır:


"Vətəndaş bu arayışla işə çıxa bilər. Amma nəzərdə saxlamaq lazımdır ki, həmin arayış yalnız verildiyi gün üçün etibarlı hesab edilir”.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024

Xəbər lenti