Xəzər Xəbər

ABŞ koronavirusu müalicə edən dərmanı bu qiymətə satacaq Dodaquçuqladan rəqəm

Dünya | 10:13 • 30 İyun 2020
ABŞ koronavirusu müalicə edən dərmanı bu qiymətə satacaq

"Gilead Science” koronavirusu müalicə edən "Remdesivir” dərmanının ABŞ bazarı üçün qiymətini müəyyənləşdirib.


İyul ayından etibarən satışa veriləcək dərmanın vətəndaşlar üçün qiyməti 3 min 120 dollar olacaq.


Qeyd edək ki, dərman may ayından bəri ABŞ hökumətinə pulsuz verilirdi. İnkişaf etmiş ölkələrin hökumətləri bu dərmanı 390 dollara ala biləcək. ABŞ-da bu dərmanın özəl tibbi sığortası şirkətlərinə satış qiyməti 520 dollar təşkil edəcək. Tibbi sığortası olan bir xəstə "Remdesivir” müalicəsi üçün 3 min 120 dollar ödəməli olacaq.

Xəbər lenti