Xəzər Xəbər

8103 qaydaları pozur, ikinci kod üzrə icazəni vermir - FOTO

Cəmiyyət | 12:30 • 29 İyun 2020
8103 qaydaları pozur,

Son bir neçə gün ərzində sosial şəbəkələrdə "SMS icazə”dən gün ərzində iki koddan yalnız birindən istifadə etməyə icazə verildiyi bildirilir. Vətəndaşlar qeyd ediblər ki, artıq həkimə getmək üçün icazə aldıqdan sonra 2 kodu üzrə marketə getməyə icazə üçün müraciət etdikdə, onlara imtina qərarı göndərilib.

XəzərXəbər qafqazinfo-ya istinadən xəbər verir ki, "Asan Xidmət”in mətbuat katibi Elnur Niftəliyev məsələyə aydınlıq gətirib.

O bildirib ki, "SMS İcazə” sistemi üzrə təlimata uyğun olaraq vətəndaşlar gün ərzində hər iki koddan istifadə edə bilər:

"Gün ərzində yalnız kodların birindən istifadəyə icazə verilməsi yaxud bu qaydalarla hər hansı məhdudiyyət qoyulması barədə qərar yoxdur. Vətəndaşlarımız əvvəlki qaydada gün ərzində hər iki koddan istifadə edə bilərlər. Lakin burada sui-istifadə hallarına yol verilməməlidir. Əgər hansısa vətəndaşın ikinci dəfə müraciətinə imtina verilibsə, "Asan Xidmət”ə müraciət edə bilər. Onun müraciəti araşdırılacaq və müvafiq cavab veriləcək”.

Qeyd edək ki, bir neçə gün əvvəl 8103 SMS icazə sisteminin fəaliyyətində dəyişiklik edilib. Belə ki, artıq vətəndaşlar tərəfindən müvafiq kod üzrə müraciət olunduğu zaman cavab SMS-i 15 dəqiqə ərzində gələcək.

 

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti