Xəzər Xəbər

Toy etmək istəyənlərə MÜHÜM XƏBƏR

Cəmiyyət | 15:06 • 28 May 2020
Toy etmək istəyənlərə

Xəbər verdiyimiz kimi Azərbaycanda karantin rejim mayın 31-nə kimi uzadılıb. Mayın 31-dən sonra növbəti yumşalmaların olması gözlənilir. Mayın 31-dən sonra yas və toy mərasimlərinin, kütləvi yığıncaqların keçirilməsinə icazə verilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, bununla bağlı qərarlar hökumət və Operativ Qərargah tərəfindən verilir: "Operativ Qərargah dünyada və ölkədə mövcud vəziyyəti analiz etdikdən sonra yumşalmalara qərar verir. Bilirsiniz ki, dünən yoluxanların sayı keçən günlərə nisbətən daha çox olub. Təəssüf ki, insanlarımız Operativ Qərargahın qoyduğu qaydalara və tövsiyyələrə əməl etmir. Nəticədə də ölkə ərazisində koronavirusa yoluxanıların sayı üç rəqəmliyə qədər yüksəlib. Vətəndaşlarımız sanki bu xəstəlik yoxmuş kimi davranırlar. Çölə çıxan zaman qoruyucu tibbi maskalardan, əlcəklərdən istifadə etmir, sosial məsafəni qorumadan toplu şəkildə gəzirlər. Bununla da vətəndaşlarımız özlərinin və yaxınlarının sağlamlığını təhlükə altına atırlar. Təəssüf ki, hələ də koronavirusun vaksini tapılmayıb. Ona görə də insanların bu qədər arxayınlaşması düzgün deyil. Son həftələrin statiskası heç də üərkaçan deyil. Ona görə də düşünürəm ki, yas, ad günü və toyların keçirilməsinə hələlik icazə verilməsi düzgün olmazdı. Çünki Azərbaycanda keçirilən yas mərasimlərində insanlar toplu şəkildə bir yerə yığışırlar. Təbii ki, bu da koronavirusun yayılma mənbəyi hesab olunur. Təsəvvür edin, bir koronaviuruslu xəstə özü də bilmədən keçiriləcək yas və toy mərasimində, kütləvi yığıncaqlarda iştirak etsə, necə böyük faciəyə səbəb ola bilər. Mənə görə yas və toy mərasimlərinin, kütləvi yığıncaqların keçirilməsinə tələsmək lazım deyil. İnsanlarımıza məsuliyyətli olmağı və Operativ Qərargahın qoyduğu qaydalara və tövsiyyələrinə əməl etməyi məsləhət görürəm. Yalnız belə olan halda biz tezliklə nornal həyatımıza qayıda bilərik".

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
536 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti