Xəzər Xəbər

Yeriyə bilməyən qardaşının istəyini belə reallaşdırdı - Cəlilabadda - VİDEO

Veb TV | 21:10 • 24 May 2020
Yeriyə bilməyən qardaşının istəyini belə reallaşdırdı -

Cəlilabadda 14 yaşlı oğlan yeriyə bilməyən qardaşının fubol oynamaq istəyini onu belinə alaraq reallaşdırıb.

Xezerxeber.az-ın məlumatına görə, Cəlilabadda yaşayan 9 yaşlı Sadiq Əhmədovda 5 il əvvəl "leykoz" aşkarlanıb. Həmin vaxtdan da Sadiqin yeriməsində problem yaranıb.

İlkin mərhələdə ailə müalicəni özü həyata keçirib. Sonra isə azyaşlının müalicəsini Heydər Əliyev Fondu üzərinə götürüb. Müalicələrin nəticəsində Sadiqin aşağı ətraflarının hissiyatı xeyli qayıdıb. Hazırda da müalicələr davam edir.

Sadiqin 14 yaşlı qardaşı Məzahim Əhmədov həmyaşıdları ilə futbol oynayarkən kiçik qardaşının da həsrətlə onlara baxdığını, lakin yeriyə bilımədiyi üçün kədərləndiyini görüb. Onun arzusunu həyata keçirmək üçün də yollar axtarıb.

Məzahim Əhmədov çıxış yolunu qardaşını kürəyinə alıb onun ayağını topa toxundurmaqda görüb. Onun bu hərəkəti Sadiqin hədsiz sevinci ilə nəticələnib.

Ailə üzvləri də Məzahimin bu hərəkəti qarşısında çox duyğulandıqlarını deyiblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti