Xəzər Xəbər

Bakıda faciəvi hadisə - 20 yaşlı oğlan öldü

Hadisə | 11:16 • 23 May 2020
Bakıda faciəvi hadisə - 20 yaşlı oğlan öldü

Bakı şəhərinin Xəzər rayonunda ağır yol qəzası baş verib.

XəzərXəbər xəbər verir ki, ötən gecə Qala-Türkan yolunda "Nissan” markalı minik avtomobili aşıb. Sürücünün idarəetməsindən çıxan nəqliyyat vasitəsi yolun kənarına çıxaraq yuvarlanıb. Nəticədə avtomobildə olan 2000-ci il təvəllüdlü Azər Bədirli vəfat edib. Sürücü isə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti