Xəzər Xəbər

Oğuzda itən 12 yaşlı oğlanın meyiti tapılıb - TƏFƏRRÜAT - VİDEO

Veb TV | 19:54 • 22 May 2020
Oğuzda itən 12 yaşlı oğlanın meyiti tapılıb -

Oğuzda ötən gün itən 12 yaşlı oğlanın meyiti meşədə tapılıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Oğuz rayonunun, Xaçmaz kəndində qeydə alınıb.

2008-ci il təvəllüdlü Cəbrayıl Məmmədov bostan sahəsini suvarmaq üçün ərazidən keçən çayın qırağına gedib və bir daha geri qayıtmayıb. Hadisə ilə bağlı polisə məlumat verilib.

Bu gün səhər saatlarında isə onun meyiti meşəlik ərazidə aşkarlanıb. Rayon polis şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, 300 nəfərdən çox kənd sakini axtarışa çıxıblar.

Azyaşlının meyiti 2 km aralıda tapılıb. İlk olaraq uşağın vəhşi heyvanlar tərəfindən öldürüldüyü ehtimal edilib.

Meyit aidiyyatı orqanlar tərəfindən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon bölməsinə təhvil verilib.

Oğuz rayon polis şöbəsindən verilən məlumata görə, ekspertiza azyaşlının ayı tərəfindən öldürüldüyü faktını təsdiqləyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti