Xəzər Xəbər

Koronavirusla bağlı SENSASİON FAKT ÜZƏ ÇIXDI: Demə, əhaliyə...

Dünya | 11:39 • 20 May 2020
Koronavirusla bağlı SENSASİON FAKT ÜZƏ ÇIXDI:

Bildiyiniz kimi, yeni növ koronavirus (Covid-19) infeksiyası Çinin Uhan şəhərində meydana gəlib.

XəzərXəbər xəbər verir ki, virus bütün dünyaya yayılaraq pandemiyaya çevrildikdən sonra başda ABŞ olmaqla bir çox ölkə "Covid-19"a görə Çini günahlandırdı. Əksər ölkələr Çinin virusla bağlı dünyanı gec məlumatlandırdığını iddia etdi.

Bu dəfə virusun yarandığı şəhər olan Uhanda yaşayan bir qadının gündəliyindən maraqlı faktlar ortaya çıxıb. Yaşlı qadının sözlərinə görə, Çin hökuməti pandemiyanın meydana gəldiyi ilk günlərdə əhaliyə koronavirusun insandan-insana keçmədiyini bildirib. Həmin qeyd onun gündəliyində aydın şəkildə görünür.

O, bu yazıları sosial şəbəkədə paylaşdıqdan sonra qadının günlüyünün fotosu silinib və əngəllənib. Yaşlı qadının sözlərinə görə, Çin höküməti koronavirusla bağlı əhaliyə yalan söyləyib./Unikal.org

Xəbər lenti