Xəzər Xəbər

Bu dəfə muğamla ''evdə qal''mağa çağırış etdilər - VİDEO

Veb TV | 21:30 • 29 Mart 2020
Bu dəfə muğamla ''evdə qal''mağa çağırış etdilər -

''Evdə qal'' çağırışı bu dəfə tamam fərqli tərzdə - milli üslubda edildi.

Xezerxeber.az-ın məlumatına görə, sosial şəbəkələrdə günlərdir ki, paylaşılan görüntülərdə 2 gənc xanım muğam sədaları ilə hər kəsi evdə qalmağa səsləyir.

"Xəzər Xəbər”in əməkdaşları həmin xanımları elə evdən danışdırıblar. Çağırış etdikləri kimi onlar da evdə qalaraq özlərini tanıdıblar.

Onların çağırışı bu şəkildə etməkdə məqsədləri insanları ruhdan düşmədən, pozitivə kökləyərək evdə qalmağa təşviq etməkdir.

Onlar qəzəli Azərbaycanın xalq mahnısı olan ''Bəri bax'' mahnısının musiqisi üzərində ifa ediblər.

Bu xanımlar hesab edirlər ki, bir müddət səbr edib evdə qalmaqla böyük bir bəladan xilas olmaq mümkündür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti