Xəzər Xəbər

Alimlər açıqladı: İstilərin koronavirusa təsiri... – Yeni xəbər var

Dünya | 14:05 • 12 Mart 2020
Alimlər açıqladı: İstilərin koronavirusa təsiri...

Tibb mütəxəssisləri isti ayların başlaması ilə ölümcül koronavirusun yayılma tempinin zəifləyəcəyini açıqlayıb.

XəzərXəbər xəbər verir ki, Honq Konq Universitetinin professoru Con Nikol ölümcül xarakterli yeni tip virusun günəş işığı, istilik və nəmi sevmədiyini bildirib.

Nikol hesab edir ki, günəş işığı koronavirusun ömrünü yarıya qədər azaldır:

"Bu səbəbdən virusun gün işığında ömrü 2,5 dəqiqə, qaranlıqda isə təxminən 13-20 dəqiqədir. Gün işığı virusları öldürmək üçün ən yaxşı vasitədir”.

ABŞ-ın Con Hopkins Universitetinin professoru Stefan Baral da həmkarının fikirlərini təsdiq edib: "İsti ayların başlaması ilə ABŞ-da koronavirusun yayılmasının sürətlə azalacağını gözləyirik”.

Almaniyanın Eksperimental və Kliniki İnfeksiya Tədqiqatları Mərkəzinin virusoloqu Tomas Pitşman da koronovirusun yüksək temperatura dayanıqlı olmadığını, istiliyin artması ilə virusun sürətlə parçalandığını söyləyib.

Başqa bir araşdırmaya görə, şimal yarımkürəsində havalar isinsə belə, koronovirus müsbət 25 dərəcə istilikdə günlərlə həyatda qala bilir. Məlumatda koronovirusun bir teflon, keramika və ya polad üzərində müsbət 21 dərəcə temperaturda 5 gün yaşaya bildiyi qeyd edilib.

Honq Konq Universitetinin elm adamı Çi Vey Çan isti ölkələrdə digərləri ilə müqayisədə koronavirusun yoluxma risklərinin daha az olduğuna diqqət çəkib.

Mütəxəssislər daha yüksək temperaturun epidemiyaya nəzarət etmək baxımından önəmli faktor olduğunu desələr də, burada virusun qarşısının alınması üçün görülən tədbirlərin keyfiyyəti daha əhəmiyyətlidir./teleqraf

Xəbər lenti