Xəzər Xəbər

Pakistandan Ərdoğana BÖYÜK JEST

Dünya | 10:30 • 22 Fevral 2020
Pakistandan Ərdoğana

Pakistanın Pəncab vilayətində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın adını daşıyan yeni xəstəxananın açılışı olub.

Açılış mərasimində Pakistanın Baş naziri İmran Xan və digər rəsmilər iştirak edib. Hökumət başçısı bildirib ki, xəstəxanada bəzi bölmələr xalqa pulsuz xidmət göstərəcək.

İmran Xan tibbi sahədə göstərdiyi dəstəyə görə Türkiyə dövlətinə təşəkkür edib. Qeyd edək ki, ötən həftə Ərdoğan Pakistanda səfərdə olub./publika.az

Xəbər lenti