Xəzər Xəbər

Bakıda dəhşətli görüntü - İnsanlar qanın içərisində küçədə yıxılıb - VİDEO

Veb TV | 14:18 • 19 Fevral 2020
Bakıda dəhşətli görüntü -

Bakının Nəsimi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

XəzərXəbər xəbər verir ki, hadisə Rəşid Behbudov və Salatın Əsgərova küçələrinin kəsişməsində qeydə alınıb.

Məlumata görə, Vüqar Xəlilov idarə etdiyi "QAZel" markalı yük maşını ilə Salatın Əsgərova küçəsində işıqforun yaşıl işığından keçib. Bu zaman R.Behbudov küçəsində işıqforun qırmızı işığından keçən və 19 yaşlı Abdullayev Qorxmaz İldırım oğlunun idarə etdiyi motosiklet "QAZel"ə çırpılıb. Motosikletin sürücüsü Q.Abdullayev və sərnişin - 26 yaşlı Heydərov İsmayıl Səfər oğlu ağır xəsarət alıb. Əraziyə cəlb olunan polislərin köməkliyi ilə yaralılar xəstəxanaya çatdırılıb. Qəza nəticəsində yük avtomobilinin benzin çəni də zədələnib, ətrafa yanacaq dağılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib. (oxu24.com)


Xəbər lenti