Xəzər Xəbər

Nüvə stansiyasının yerləşdiyi ərazidə GÜCLÜ ZƏLZƏLƏ baş verdi - Əhali təşviş içindədir

Dünya | 10:22 • 13 Fevral 2020
Nüvə stansiyasının yerləşdiyi ərazidə

Bir neçə saat əvvəl Yaponiyada "Fukusima”nüvə stansiyasının yerləşdiyi bölgədə baş verən zəlzələnin mümkün fəsadları araşdırılır.

Bu barədə yerli mənbələr məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 19:37-də baş verən rixter cədvəli üzrə 5,2 bal gücündəki zəlzələdən sonra stansiyaya baxış keçirilib. İlkin araşdırmaya görə, hələlik zərər qeydə alınmayıb. Təşviş içində olan əhaliyə təmkinli olmaq barədə çağırış edilib.

Ümumiyyətlə zəlzələ bölgəyə ziyan ciddi vurmayıb. Köhnə tikililərdə kiçik fəsadlar yaranıb./publika.az

Xəbər lenti