Xəzər Xəbər

Azərbaycanlı tələbələr zəlzələ bölgəsindən təxliyə olunur - FOTO

Gündəm | 18:46 • 25 Yanvar 2020
Azərbaycanlı tələbələr zəlzələ bölgəsindən təxliyə olunur -

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasında təxliyə edilməsinə başlanılıb.


Ölkəmizin Türkiyədəki səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, hazırda Elazığ və Malatya şəhərlərində təhsil alan azərbaycanlı tələbələrin təbii fəlakət bölgəsindən çıxarılması üçün iki avtobus ayrılıb.


Birinci avtobus yerli vaxtla saat 17:00-da Elazığ şəhərindən Azərbaycana yola düşüb. Təbii fəlakət bölgəsindən çıxarılan tələbələrin Naxçıvana aparılması, oradan isə təyyarə ilə Bakıya yola salınması planlaşdırılır. İkinci avtobus isə Malatya şəhərindən yola çıxacaq.


Təbii fəlakət bölgəsini tərk etmək istəyən digər vətəndaşlarımıza da bu xidmətdən istifadə etmək üçün şərait yaradılır.

Xəbər lenti