Xəzər Xəbər

Nazarbayevdən MARAQLI TƏKLİF: Xəzərlə Qara dəniz birləşdirilsin

Dünya | 14:26 • 17 Yanvar 2020
Nazarbayevdən MARAQLI TƏKLİF:

"Qara dənizlə Xəzər birləşdirilsin”.

XəzərXəbər "Sputnik"ə istinadlaxəbər verir ki, bu təklif Qazaxıstanın qurucu prezidenti Nursultan Nazarbayevdən gəlib.

Rusiyanın Soçi şəhərində keçirilən Avrasiya İqtisadi Zirvəsində çıxış edən qazax lider Xəzər və Qara dəniz arasında kanal açılması planı üzərində düşünməyi təklif edib. O bildirib ki, iki dənizi birləşdirmə fürsəti verən "Avrasiya” kanalının inşası ümidverici layihə ola bilər.

Qeyd edək ki, zirvədə Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Ermənistan liderləri iştirak edib.

Xəbər lenti