Xəzər Xəbər

ŞOK: Süleymani Türkiyəyə hücum edəcəkdi Gizli plan üzə çıxdı

Dünya | 12:27 • 16 Yanvar 2020
ŞOK: Süleymani Türkiyəyə hücum edəcəkdi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds” qüvvələrinin komandanı Qasım Süleymani haqqında gizli sənədlər ortaya çıxıb.

Komandanın sui-qəsdindən əvvəl İraq və Əfqanıstandakı ABŞ vətəndaşlarına, o cümlədən, Türkiyə, Almaniya, Bosniya və Herseqovina, Keniya, Bəhreyn və Bolqarıstanda hücumlar planlaşdırdığı məlum olub.

Bu detalların və komandanın sui-qəsdinin əks olunduğu sənəd ABŞ Senatına göndərilib.

Respublikaçı senator Ted Kruz tərəfindən təqdim olunan təklifdə Süleymani terrorçu adlandırılıb. Sənəddə generalın 2011-ci ildə Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinə və 2019-cu ildə ABŞ-ın Bağdaddakı Səfirliyinə edilən hücumu planlaşdıran şəxs olduğu vurğulanıb.

9 yanvarda Senata təqdim olunan təklif hələ ki, qəbul olunmayıb.

Publika.az

Xəbər lenti