Xəzər Xəbər

ABŞ-dan daha bir ŞOK ADDIM: onlarla iranlını...

Dünya | 14:47 • 6 Yanvar 2020
ABŞ-dan daha bir ŞOK ADDIM:
İngilis mediasında yer alan xəbərlərə görə, Kanadadan qayıdan 60 İran əsilli Amerika vətəndaşı ABŞ-ın Bleyn bölgəsindəki sərhəd qapısında saxlanılıb.

İran əsilli bir şəxs verdiyi açıqlamada ailəsinin, özünün və onlarla İranlının 8 saatdan çox müddətdə sərhəddə saxlanıldığını bildirib.

Amerika-İslam Əlaqələri Şurası (CAIR) direktoru Məsih Foladi mövzu ilə bağlı verdiyi açıqlamada bəzi İran əsilli ABŞ vətəndaşlarının sərhəd-nəzarət buraxılış məntəqələrində təxminən 10 saat sorğuya çəkildiyini ifadə edib.

ABŞ Gömrük və Sərhəd Mühafizə xidmətinin spikeri Mayk Fril isə sərhəd keçidlərində təhlükəsizliyin artırıldığını ancaq İran əsilli ABŞ vətəndaşlarının saxlanılması ilə bağlı xəbərlərin doğru olmadığını deyib./publika.az

Xəbər lenti