Xəzər Xəbər

Şirkət rəhbəri işçilərinə zərf payladı – Görənlər ağladı... VİDEO

Veb TV | 18:45 • 11 Dekabr 2019
Şirkət rəhbəri işçilərinə zərf payladı – Görənlər ağladı...

ABŞ-da "John Properties” adlı əmlak şirkətinin yeni il ərəfəsində işçilərinə sürprizi maraqla qarşılanıb.

Şirkətin rəhbəri Edvard Con 198 işçisini məclisə toplayaraq onlara zərf paylayıb. Səhnəyə çıxan rəhbər yeni il təbrikindən sonra işçilərinə zərfi açmağı tapşırıb.

Zərfləri açan işçilər içərisində 50 min dolları görüb təəccübləniblər. Edvard Con sevincdən ağlayan işçilərinə onun üçün çox dəyərli olduqlarını deyib: "Sizin əməyiniz olmadan şirkətimiz inkişaf edə bilməzdi. Gəminin başında mənəm, amma onu idarə edənlər sizlərsiniz”.

Bəzi işçilər qohumlarına zəng edərək bu xəbəri verib və 19 ildir çalışdığı müəssisədəki hadisənin onların həyatını tamamilə dəyişdirəcəyini deyiblər./teleqraf

Xəbər lenti