Xəzər Xəbər

DƏHŞƏTLİ QƏTL: Qayınata 39 yaşlı gəlinini öldürdü

Hadisə | 11:48 • 3 Dekabr 2019
DƏHŞƏTLİ QƏTL:

Goranboy rayonunda gəlinin qətlə yetirməkdə təqsirli bilinən Qasım İsgəndərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

XəzərXəbər xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Xəqani Səmədovun icraatına verilib.

Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə prosesi başlanacaq.

İttihama görə, Goranboy rayonunun Hazırəhmədli kəndində kənd sakini Qasım İsgəndərov gəlini Samirə Məmmədovanı öldürüb.

Məlum olub ki, hadisə qısqanclıq zəminində törədilib.

Belə ki, Goranboy rayon Hazırəhmədli kənd sakini, 76 yaşlı Qasım İsgəndərov 39 yaşlı gəlini Samirə Məmmədovanı qısqanclıq zəminində bıçaqlayaraq qətlə yetirib.

İstintaq orqanı tərəfindən Qasım İsgəndərovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti