Xəzər Xəbər

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - VİDEO

Veb TV | 19:31 • 2 Dekabr 2019
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? -

Bu gün Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti hökm sürür.

Xezerxeber.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, küləkli hava şəraiti sabah nisbətən zəifləyəcək.

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Rayonlarda havanın arabir yağınıtlı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Bu gün qeyri- sabit hava meteohəssas insanlar üçün əlverişsizdir. Sabah isə iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif, mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Ölkə ərazisində hava şəraitinin kəskinləşməsi ilə bağlı SOCAR 420 nəfər işçisini dənizdə yerləşən obyektlərdən sahilə təxliyə edib. Qurumdan bildirilib ki, təxliyə prosesinin təşkilində şirkət lazımi təhlükəsizlik tədbirlərini təmin edib. Hava şəraiti normallaşandan sonra şirkət əməkdaşları iş yerlərinə qaytarılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti