Xəzər Xəbər

Aeroport yolunda dəhşətli qəza: İki nəfər öldü - VİDEO

Veb TV | 20:21 • 17 Noyabr 2019
Aeroport yolunda dəhşətli qəza:

Bu gün səhər saatlarında hava limanı yolunda baş verən qəzada 2 nəfər ölüb, 3 nəfər yaralanıb. İlkin məlumata görə, qəzaya avtomobillərdən birinin sürücüsünün anidən geri dönmə qərarı olub. Gecə bir avtomobil isə körpüdən aşıb.

Bu gün səhər saatlarında bakıda dəhşətli qəza baş verib. Ağır qəzada iki nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Hava limanı yolu ilə üzü mərdəkan istiqamətində hərəkət edən vaz 2107 markalı avtomobili arxadan gələn bmv ilə toqquşub.

Qadınlardan birinə ilkin yardım göstərildikdən sonra evə buraxılıb. Digər 45 yaşlı qadın və 6 yaşlı uşaq isə kritik vəziyyətdə 3 saylı şəhər xəstəxanasına aparılıb. Hazırda onların vəziyyəti ağır qiymətləndirilir .

İlkin məlumata görə, qəzaya vaz 2107 avtomobilinin sürücüsünün anidən geri dönmə qərarı olub. O avtomobillərin sürətinin yüksək olduğu yolda şəhər istiqamətində dönmək istəyib. Bu zaman həmin avtomobilə arxadan gələn bmv markalı minik maşını çırpılıb. Hadisənin dəqiq hansı səbəbdən baş verdiyi polis və prokurorluq orqanları tərəfindən araşdırılır.

Gecə saatlarında paytaxtda baş verən digər qəza Heydər Əliyev prospektində nəqliyyatın hərəkətini iflic edib. Hadisə zamanı xəsarət alan olmayıb.Əraziyə təcili tibbi yardım birqadasının cəlb edilərək yaralılar xəstəxanaya çatdırılıb...

Heydər Əliyev və Ziya Bünyadov prospektlərini birləşdirən yolötürücü körpüdə isə bir maşın idarə etmədən çıxaraq körpüdən aşağı düşüb. Əraziyə polis əməkdaşları yaxınlaşan zaman orada sürücünü aşkar etməyiblər. Onun ərazidən yayındığı, eyni zamanda xəsarət aldığı ehtimal olunur.

Xəbər lenti

Çox oxunanlar