Xəzər Xəbər

Xəzərlidə insan sümükləri tapıldı - Sümüklərin hansı dövrə aid olduğu bilinmir - VİDEO

Veb TV | 19:52 • 11 Noyabr 2019
Xəzərlidə insan sümükləri tapıldı -

Xaçmazın Xəzərli kənd sakini təssərüfat sahəsinin yaxınlıqnda insan skleti tapıb. Sümüklərin hansı dövrəaid olduğu bilinmir.Kənd sakinlərinin sözlərinə görə,bu ərazidən bundan əvvəl də insan sümükləritapılıb.

Şəxsi təssərüfatına işləmək üçün gedən şəxs ərazidən insan skleti tapıb. Hadisə Xaçmazın Xəzərli kəndindən baş verib. Kənd sakini Heybət Əliyev ötən gün səhər saatlarında təssərüfatının yaxınlıqındakı qumluq ərazidə insanın kəllə sümüyünü görüb.

Kənd sakini deyir ki, Ərazidən tez-tez tikintidə istifadə üçünqum aparılır sümüklərin də məhzqum üçün yer qazılarkən üzə çıxdığını ehtimal edir.

Kənd sakinləri bu ərazidə bu hadisənin artıq ikinci dəfə baş verdiyini bildirir. Onlar ehtimal edirlər ki, burada 1918 ci ildə Şimal bölgəsində baş vermiş soyqrım qurbanları da basdırıla bilər.Ona görə kənd sakinləri ərazidə araşdırmanın aparılmasını istəyirlər.

Məsələ ilə bağlı Uzunoba inzibati ərazi dairəsi üzrə nümayəndəsinə məlumat verilib. İcra nümayəndəsi Nizaməddin Xıdırovun sözlərinə görə bu məsələ ilə bağlı rayonun hüquq-mühafizə orqanlarına məlumat veriləcək.

Xəbər lenti