Xəzər Xəbər

Ermənistan üçün ŞOK: Rusiya ilə əlaqə kəsildi

Dünya | 11:05 • 2 Noyabr 2019
Ermənistan üçün ŞOK:

Gürcüstandan Rusiyaya gedən Kazbek-Yuxarı Lars avtomagistralı noyabrın 1-də axşam saatlarında bütün növ avtomobillər üçün bağlanıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Yol Patrul Departamenti məlumat yayıb.

Məlumatda deyilir ki, avtomobillərin hərəkəti Mtsxeta-Stepantsminda-Lars avtomagistralının Qudauri-Kobi hissəsində qadağan edilib. Yolun bağlanmasına güclü qar yağması və görmə imkanlarının tam məhdudlaşması səbəb olub.

Bəzi məlumatlara görə, hazırda Gürcüstan-Rusiya sərhəd-keçid məntəqəsində 100-dən çox avtomobil dayanıb. Gürcüstan tərəfi ehtiyacı olanlara müvafiq köməklik göstərir.

Qeyd edək ki, Kazbek-Yuxarı Lars avtomagistralı Ermənistanı Rusiyaya bağlayan əsas quru yol olduğu üçün işğalçı ölkə üçün həyati əhəmiyyət daşıyır./publika.az

Xəbər lenti