Xəzər Xəbər

Bakıda qəribə küçə adları var - VİDEO

Veb TV | 19:34 • 21 Oktyabr 2019
Bakıda qəribə küçə adları var -

Paytaxt Bakının bir neçə rayonunda qəribə küçə adları var.

Xezerxeber.az-ın məlumatına görə, bəzi adlar ya sovet dövrünündə adlandırıldığı kimi qalıb, ya da insanlar arasında necə tanınınbsa, o formada da qeyd edilib.

Məsələn, Binəqədi rayonunda yerləşən "Keçid məhəllə", "Vtorçermet - Yusifzadə", "Rezervuar", "İzlivnoy", "Stroydetal", "2-ci dəmiryol küçəsi", "3-cü dəmiryol küçəsi", "1-ci - 15 ci sıra küçələri" də adları dəyişməyən küçələrdəndir. Əksəriyyəti sovet dövründən qalan bu küçələrin adları hələ də dəyişilməz olaraq qalır.

Sakinlərin sözlərinə görə, küçələrin adlarının belə adlandırılmasının özünəməxsus tarixi var. Lakin onlar da bu adın dəyişdirilməsinin tərəfdarıdır.

Bakı şəhər İcra Hakimiyyətindən isə bildirdilər ki, müraciətlər daxil olduqdan sonra bu məsələyə baxılır. Son illərdə bir neçə belə küçənin adı dəyişdirilib. Zamanla həmin küçələrin adlarının dəyişdirilməsi ilə bağlı mütləq tədbir görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti