Azərbaycanda dövlət avtomobilləri satışa çıxarılır.
Oktyabrın 29-da hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı da açıqlanıb.
1-3-cü sətirdə Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsinin balansında olan nəqliyyat nəqliyyat vasitələri2-ci dəfə təkrar hərraca çıxarılır.
4-cü sətirdə Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsinin balansında olan nəqliyyat vasitəsinin 04 iyun 2019-cu il tarixli hərracının nəticəsi ləğv olunduğu üçün təkrar hərraca çıxarılır.
5-6-cı sətirdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin balansında olan nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.
7-ci sətirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının balansında olan nəqliyyat nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.
Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)
(tel:566-07-44)
29 oktyabr 2019-cu il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı
S/N | Balanssaxlayıcı müəssisənin adı | Avtonəqliyyat vasitəsinin markası | Buraxılış ili | Start qiyməti (manatla) | 10% beh (manatla) |
1. | Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsi | Nissan Maxima | 2006 | 6000 | 600 |
2. | Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsi | Nissan Maxima | 2007 | 6000 | 600 |
3. | Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsi | Nissan Maxima (qəzalı) | 2007 | 4000 | 400 |
4. | Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsi | Nissan Maxima | 2006 | 3500 | 350 |
5. | Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi | Chevrolet Niva | 2006 | 4500 | 450 |
6. | Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi | Chevrolet Niva | 2005 | 6000 | 600 |
7. | Azərbaycan Respublikası Səhiyyə Nazirliyi. Mərkəzi Neftçilər Xəstəxanası | Nissan Maxima | 2002 | 6000 | 600 |
8. | Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı | Tofaş Doğan | 2004 | 1800 | 180 |
9. | Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı | VAZ-2107 | 2004 | 1800 | 180 |
10. | "Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti | ZİL-431412 ş-də KC-2571 xüsusi | 1989 | 10000 | 1000 |