Xəzər Xəbər

Valideynlər və müəllimlər DİQQƏT - Bu proqram uşaqları savadsızlığa sürükləyir - VİDEO

Veb TV | 19:51 • 12 Oktyabr 2019
Valideynlər və müəllimlər DİQQƏT -

Məktəblilər çətin misalları bir toxunuşla həll edib cavabını bir neçəsaniyədə alırlar. Son vaxtlar şagirldər arasında riyazi misalları həll edən bir mobil proqram yayılıb.Hansı ki həmin proqram şagirdlərin biliklərinə mənfi təsir edir. Ekspertlər həmin proqramla bağlı valideynlərə və müəllimlərə diqqətli olmağı tövsiyyə edirlər.

Riyaziyat dərsliyindəki ən çətin misalı belə anında həll edir.

Avropada yaradılan bu mobil prorqramdan məktəblilər daha çox istifadə edirlər. Təssüflər olsun ki, həmin proqram Azərbaycanda da şagirdlər arasında geniş yayılıb.

Təhsil eksperti Almaz Həsrət deyir ki, bu mobil proqram şagirdlərin dərsə yanaşmalarına ciddi təsir edəcək, zehini hesablamalarını minumuma endirəcək. Ekspertin fikirincə bu proqram uşaqları savadsızlığa sürükləyir. Və şagirdlər bunun fəsadını məhz ali məktəblərə qəbul imtahanlarındagörəcəklər.

Ekspert Fətai İsayev valideynlərə və xüsusən də müəllimlərə tövsiyyə edir ki, son dərəcə diqqətli olsunlar. Müəllimlər ev tapşırığın yoxlayarkən şagirddən yazdığı cavabın həlli yolunu yenidən tələb etsin. Belə olduqda əgər şagird misalı həmin proqram vasitəsi ilə həll edibsə ifşa ediləcək.

Geniş yayılan mobil proqramdan valideynləri xəbərsiz olduqlarını deyirlər. Amma onlar da bu proqramın məktəblilərə mənfi təsir edəcəyini düşünürlər.

Onu da qeyd edək ki, həmin applikasiya Xorvatiyalı kompyuter mühəndisi tərəfindən yaradılıb. Ötən il ərsəyə gələn bu pulsuz applikasiyanı artıq milyonlarla insan mobil telefona yükləyib.

Xəbər lenti