Xəzər Xəbər

Arıları xəstəliklərdən və həşəratlardan qoruyan qurğu hazırlanıb - VİDEO

Veb TV | 20:27 • 8 Oktyabr 2019
Arıları xəstəliklərdən və həşəratlardan qoruyan qurğu hazırlanıb -

Azərbaycanlı mütəxəssislər arıları müxtəlif xəstəliklərdən və həşəratlardan qoruyan qurğu hazırlayıblar.

Xezerxeber.az-ın məlumatına görə, qurğunun layihə rəhbəri Vaqif Rüstəmovun sözlərinə görə, cihazdan istifadə edən arıçılar arı ailələrinin sağlamlığını təmin etməklə yanaşı, kimyəvi qatqısız məhsul da əldə edə biləcəklər.

Bütün detalları ölkəmizdə hazırlanan qurğunun ərsəyə gəlməsinə cəmi 600 manat xərclənib.

Qurğudan istifadə məhsuldarlığı artırmaqla yanaşı, arıların inkişafını da sürətləndirəcək.

Vaqif Rüstəmov bildirib ki, artıq həmin qurğunu almaq üçün fermerlərdən müraciətlər daxil olmağa başlayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti