Xəzər Xəbər

İstanbulun tarixi taxta binası - Tikilinin həm maraqlı, həm də qorxulu hekayəsi var - VİDEO

Veb TV | 20:58 • 7 Oktyabr 2019
İstanbulun tarixi taxta binası -

Türkiyənin İstanbul şəhərinin ən böyük adalarından birində yerləşən tarixi taxta bina turistlərin ən çox ziyarət etdiyi yerrlərdəndir. Uzun illər uşaq evi kimi fəaliyyət göstərən taxta binanı görmək üçün hər gün yerli və xarici turistlər Böyükadaya gəlirlər. Taxta binanın maraqlı, eyni zamanda, qorxulu bir hekayəsi də var. Ada sakinlərinin sözlərinə görə, fəaliyyətini dayandırmış bu binadan gecələr hələ də uşaq səsləri gəlir.

Xezerxeber.az-ın məlumatına görə, bura Avropa qitəsinin 1-ci, dünyanın isə ikinci ən böyük taxta binasıdır və 55 ildir ki, istifadə olunmayan uşaq evinin ziyarətçiləri bu gün sadəcə turistlərdir.

Böyükadada yerləşən uşaq evinə yalnız fayton və velosipedlərlə qalxmaq mümkündür. Ada sakinlərinin sözlərinə görə, illər əvvəl uşaq evinin mətbəxində yanğın baş verib və buradakı kimsəsiz uşaqların çoxu həyatını itirib. Elə o tarixdən uşaq evi fəaliyyətini dayandırıb. Deyilənə görə, gecələr bu adadakı uşaq evindən hələ də uşaq səsləri gəlir.

120 yaşlı taxta bina dünyada çökmə təhlükəsi olan 7 böyük tarixi əsər sırasına alınıb.

Çökmə təhlükəsi olduğu üçün ziyatətçilər sadəcə hasara alınmış ərazidən uşaq evini izləyə bilirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti