Xəzər Xəbər

Bakıda YPX maşını ağır qəzaya düşdü - polislər xəsarət aldı - VİDEO

Veb TV | 10:02 • 16 Sentyabr 2019
Bakıda YPX maşını ağır qəzaya düşdü - polislər xəsarət aldı -

Ötən gün Bakının Binəqədi rayonunda yol polisi avtomobili qəzaya uğrayıb.

Hadisə "Monto Kristo” restoranı yaxınlığında qeydə alınıb.

Belə ki, 99 YP 468 nömrə nişanlı avtomobilin sürücüsünün idarə etdiyi maşın avtobusla toqquşub. Qəza zamanı yol polisi xəsarət alıb.

Hadisə barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad HacıyevBAKU.WS-ə bildirib ki, faktla Bağlı Binqəqədi RPİ-də araşdırma başlanılıb, hadisənin təfərrüatları öyrənilir:

"Hadisə ehtiyatsızlıqdan baş verib. Xəsarət alanlar əməkdaşlarımız DİN-in Hospitilana yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir”.

BAKU.WS

Xəbər lenti