Xəzər Xəbər

“Bir kənddən bir şəhərə” - şagirdlərlə bağlı yeni layihə - VİDEO

Veb TV | 20:56 • 15 Sentyabr 2019
“Bir kənddən bir şəhərə” -

Yeni tədris ilində təhsil müəssisələrində maraqlı layihələr həyata keçiriləcək. Belə layihələrdən biri də "Bir kənddən bir şəhərə"dir. Layihə çərçivəsində kənd və şəhərdə oxuyan şagirdlər bir-birlərinin məktəblərini ziyarət edərək həm kənd, həm də şəhər məktəbləri haqda fikir sahibi olacaqlar.

Xezerxeber.az-ın məlumatına görə, kənd məktəblərində təhsil alanlar şəhər, şəhər məktəblərinin şagirdləri isə kənd məktəblərini ziyarət edəcək.

Göygöl rayonu, Pənahlılar kənd tam orta məktəbin direktoru, sözügedən layihənin müəllifi Kəramət Hüseynov deyib ki, layihə sentyabrın 14-dən başlayaraq 3 ay davam edəcək. Bu müddət ərzində kənd və şəhərdə oxuyan şagirdlər bir-birlərinin məktəblərini ziyarət edərək həm kənd, həm də şəhər məktəbləri haqda fikir sahibi olacaqlar. Layihədə şəhər və kəndlərdə yerləşən uşaq bağçasından başlayaraq məktəbə qədər təhsil və orta məktəbin bütün siniflərində təhsil alanların iştirakı nəzərdə tutulub.

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi çərçivəsində baş tutan layihənin şəhər məktəbliləri üçün də böyük maraqla qarşılanacağı gözlənilir.

Layihənin növbəti mərhələsində isə kənd məktəblərinin şagirdləri bölgə universitetləri ilə əyani tanış olmağa başlayacaqlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar