Xəzər Xəbər

Azərbaycan millisinin YENİ ULDUZU Xorvatiyanı çətin duruma saldı - VİDEO

Veb TV | 12:04 • 10 Sentyabr 2019
Azərbaycan millisinin YENİ ULDUZU

Futbol üzrə Azərbaycan Milli Komandasının üzvü və Qazaxıstanın "Tobol” komandasının qapıçısı Emil Balayev ötən gün Avro-2020-nin seçmə mərhələsi çərçivəsində baş tutan Azərbaycan-Xorvatiya (1:1) oyununda öz performansı ilə fərqlənib.

Heyətində dünya ulduzlarının yer aldığı rəqibin ən təhlükəli zərbələrini dəf edən 25 yaşlı qolkiper rəğbət toplayıb.

Qeyd edək ki, "Neftçi”nin yetirməsi olan Emil Balayev daha sonra "Sumqayıt”, "Araz-Naxçıvan, "Qarabağ”, "Səbail” komandalarının şərəfini qoruyub.

Emil Balayevin ötən gün millidə sərgilədiyi performansdan fraqmentləri təqdim edirik:

Publika.az

Xəbər lenti