Xəzər Xəbər

Azərbaycanlı aktrisadan Türkiyə mətbuatını ŞOKA SALAN açıqlama – VİDEO

Veb TV | 11:56 • 8 Sentyabr 2019
Azərbaycanlı aktrisadan Türkiyə mətbuatını

Bir neçə gün əvvəl baş rolda Nəsrin Cavadzadənin oynadığı "Aşk tesadüfleri sever -2" filminin təqdimat mərasimi olub.

Aktrisa mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Şəxsi həyatı barədə açıqlama verən ulduzun aşağıdakı fikirləri Türkiyə mətbuatında böyük diqqət çəkib:

"Çirkin, amma xarizmatik kişi sevirəm, yaraşıqlı kişilər məni qorxudur. Ümumiyyətlə, yaraşıq kişilərdə hürküdücü bir şeydir. "Nənəm deyirdi ki, kişi meymundan bir az fərqlənsə, yaxşıdır. Bu da qulağıma sırğa oldu. Babam çox yaraşıqlı kişi olub. Şorgöz deyildi, amma qadınlar ona rahatlıq vermirdi. Nənəmi də bu narahat edirdi. Odur ki, mənə yaraşıqlı kişi ilə evlənməməyi məsləhət görərdi. Əvvəllər daha qısqanc idim, özgüvənimsizdim. Amma böyüdükcə dəyişdim, gördüm ki, qısqanmağa dəyməz".

O, daha sonra filmdəki rolundan danışıb və bildirib ki, gələcəkdə özünü müğənni kimi sınaya bilər:

"Bu vaxta qədər həmişə hamamda mahnı oxuyurdum, ilk dəfə bu filmdə kəşf etdim ki, mahnı oxuya bilirəm. İlk dəfə idi ki, bir layihədə mahnı oxudum. Elə düşünürdüm ki, aktyorluq sənətini mənim üçün heç nə əvəz edə bilməz. Amma anladım ki, musiqi və mahnı oxumaq çox ilahi bir lütfdü. Bu, məndə bir kanal açdı, bütün çakraları təmizləyir, hər şeylə inanılmaz dərin bir bağlılığınız olduğunu hiss edirsiniz. Yaponca da oxusam, heç bir vasitəçi olmadan ordakı duyğunu qəlbinizdə hiss edə bilərsiniz. Odur ki, yenə mahnı oxumaq istəyərəm. Filmdə belə deyil, mütləq tərcümə tələb edir. Musiqi bütün sənətlərin atasıdır ".

Gözəllik sirlərindən danışan ulduz şəkər və un məhsullarından tamamilə imtina etdiyini etiraf edib:

"Həftədə 6 dəfə idmanla məşğul oluram. Həmçinin şəkər və un məhsullarının heç birindən istifadə etmirəm. Hətta illərdir ki, plov belə yemirəm. Çox nadir hallarda paxlava və kabab yeyirəm".

publika.az

Xəbər lenti