Xəzər Xəbər

Dünya futbolunda yeni rekord qeydə alınıb

İdman | 12:12 • 24 Avqust 2019
Dünya futbolunda yeni rekord qeydə alınıb

Cənubi Amerikanın ən nüfuzlu klub turniri olan Libertadaores kubokunun 1/4 final mərhələsi rekordla əlamətdar olub.


Braziliyanın "Flamenqo” klubunun hücumçusu Bruno Enrike futbol tarixində ən yüksək sürət nümayiş etdirib.


FİFA-nın rəsmi sosial şəbəkə səhifələri forvardın "İnternasional”la oyunun gedişində 38 km/s sürət yığdığını açıqlayıb. Bu, Qaret Beylin "Real”ın qarşılaşmalarından biri zamanı nümayiş etdirdiyi 36,9 km/s sürəti arxada qoyub. Əksər mənbələr bunu yeni dünya rekordu hesab edir. Lakin bəziləri PSJ-nın istedadı Killian Mbappenin 38-39 km/s sürəti dəfələrlə yığdığını iddia edir.


Qeyd edək ki, 28 yaşlı hücumçunun çıxış etdiyi "Flamenqo” "İnternasional”a 2:0 hesabı ilə qalib. Hər iki qolu B.Enrike vurub. (APA)

Xəbər lenti