Xəzər Xəbər

Ali məktəbə qəbul olan gənc qız təhsil haqqını ödəyə bilmir - Günel Yaqubova kömək istəyir

Cəmiyyət | 11:38 • 24 Avqust 2019
Ali məktəbə qəbul olan gənc qız təhsil haqqını ödəyə bilmir -

Bakı şəhəri, Pirallahı rayon sakini Günel Yaqubova bu il keçirilən ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticə əldə edib. O, topladığı balla Odlar Yurdu Universitetinə qəbul olub. Amma imkanı olmadığı üçün təhsil almaq imkanından məhrum ola bilər.

"Xəzər Xəbər"ə müraciət edən Günel Yaqubova çıxış yolu kimi imkanlı şəxslərdən kömək istəyir. Gənc qız müraciətində yazır ki, qəbul olduğu ixtisasın (Təhsildə sosial-psixoloji xidmət) illik ödənişi 2 min manatdır. Bu məbləği ödəmək isə onların imkanı xaricindədir: "Atam daş karxanasında işləyir. İki günə 20 manat pul qazanır. Anam isə xəstədir. Onlar məni çox çətinliklə hazırlıqda oxutdurublar. Sizdən çox xahiş edirəm mənə kömək edin. Avqustun 27-si sonuncu gündür. Bu vaxta kimi qeydiyyatdan keçməliyəm. Axı mən də əziyyət çəkmişəm, yuxusuz gecələr keçirmişəm, oxuyub qəbul olmuşam. Qoymayın əziyyətim yerdə qalsın. Ümid yerim sizsiniz",-deyə Günel Yaqubova imkanı olan şəxslərə "Xəzər Xəbər" vasitəsilə müraciət edib.

Qeyd edək ki, Günel Yaqubovaya kömək etmək istəyən şəxslər 050 771 20 56 və 055 579 18 05 nömrələri ilə əlaqə saxlaya bilərlər.

Xəbər lenti