Xəzər Xəbər

24 il əvvəl udduğu mismar 91 yaşında çıxarıldı - Şok VİDEO

Veb TV | 14:25 • 23 Avqust 2019
24 il əvvəl udduğu mismar

Türkiyədə 91 yaşlı xəstənin nəfəs borusundan ağciyərinə batmış mismar çıxarılıb.

Öskürək və tənəffüs çətinliyi ilə xəstəxanaya müraciət edən 91 yaşlı Keqo Atəşin nəfəs borusunda 10 santimetrlik mismar olduğu müəyyən olunub.

Elazığ Fəthi Səkin Şəhər Xəstəxanasının həkimi Murad Qılınc bildirib ki, vaxtında müdaxiləyə olunmasaydı, xəstənin həyatına təhlükə ola bilərdi:

"24 il əvvəl ağciyər xərçəngi səbəbiylə boğaz və boyundan nəfəs borusuna yol açılıb. Oranı təmizləmək üçün xəstə mismardan istifadə edib. Bədbəxtlikdən mismar nəfəs borusuna keçib və orada qalıb. Hazırda əməliyyatdan uğurlu çıxan xəstə palataya köçürülüb”./teleqraf.com

Xəbər lenti